faridaguliyevamasim@gmail.com

Məsələ iqtisadiyyatdır: ağır yaşayış şəraiti iranlıların qəzəbini izah edir

İran iqtisadiyyatının taleyi ölkənin gələcəyi ilə bağlı müzakirələri getdikcə daha çox formalaşdırır — bu, mövcud siyasi çəkişmələrin necə nəticələnməsindən asılı olmayaraq həlledici ola bilər. Artan yaşayış xərclərinə görə ictimai narazılıq yenidən ölkə boyu etirazlara çevrilib və dövlət resurslarının necə bölüşdürüldüyü və idarə edildiyi məsələsinə sərt işıq salıb. Etirazlar davam etdikcə, iqtisadi göstəricilər həm dövlətin imkanlarının,

Məsələ iqtisadiyyatdır: ağır yaşayış şəraiti iranlıların qəzəbini izah edir Read More »

pexels-photo-35416117-35416117.jpg

2025: Tramp–Xamenei arasında neft ixracı üzərində uduz-uduz qarşıdurma

Donald Tramp administrasiyasının 2025-ci ilin əvvəlindən etibarən İran İslam Respublikasına qarşı təzyiqləri və sanksiyaları artırmaq, İranın neft ixracını “dayandırmaq” məqsədi daşıyan addımları böyük ölçüdə uğursuz olub. Bununla belə, bu siyasət Tehranın sanksiyalardan yayınma xərclərini kəskin şəkildə artırıb. Tramp administrasiyası İranın neft ixracını gündəlik 100 min barelə endirəcəyini vəd etmişdi. Lakin İran İnternational-ın əldə etdiyi Kpler

2025: Tramp–Xamenei arasında neft ixracı üzərində uduz-uduz qarşıdurma Read More »

iran, homeless person, elderly man, street, urban, homeless, poverty, iran, homeless person, homeless, homeless, homeless, homeless, homeless

2025-ci il: İranın iqtisadi böhranının dərinləşməsi

İran 2025-ci ildə tarixinin ən ağır iqtisadi və enerji böhranlarından birini yaşadı. Mənfi iqtisadi artım, 49 faiz inflyasiya, elektrik, qaz və su qıtlığı və normalaşdırılması, milli valyutanın kəskin dəyər itirməsi, hökumətin rekord səviyyədə büdcə kəsiri, ciddi hava çirklənməsi və İsraillə 12 günlük müharibə — hansı ki, İranın nüvə proqramına ağır zərbə vurdu — və nəhayət,

2025-ci il: İranın iqtisadi böhranının dərinləşməsi Read More »

Detailed view of Iranian rial banknotes held in hand, illustrating finance and economy in Iran.

İranın milli valyutası sürətlə dəyərdən düşür

Son günlər İran rialı yenidən sürətlə dəyər itirməyə başlayıb və demək olar ki, hər gün yeni tarixi minimumlar qeydə alınır. Son bir ay ərzində İranın milli valyutası dəyərinin 20 faizini itirib və ABŞ dolları hazırda təxminən 1 milyon 320 min rial səviyyəsində ticarət olunur. Eyni dövrdə rəsmi məlumatlar və yerli medianın apardığı sahə araşdırmaları göstərir

İranın milli valyutası sürətlə dəyərdən düşür Read More »

Stunning aerial photo of Baku's modern skyline and waterfront in daylight, showcasing architectural landmarks.

İran; Xəzərdən neft-qaz çıxara bilməyən yeganə qonşu

Azərbaycan və digər Xəzəryanı dövlətlər köhnəlmiş dəniz yataqlarından daha çox neft və qaz hasil etmək üçün Qərb enerji şirkətləri ilə tərəfdaşlıqları dərinləşdirdiyi halda, İran Xəzər hövzəsində dənizdən ümumiyyətlə hidrokarbon hasil etməyən yeganə sahilyanı ölkə olaraq kənarda qalır. Bütün region üzrə hökumətlər uzunmüddətli qaz təchizatı uğrunda rəqabətin kəskinləşməsi fonunda yataqların idarə olunmasını modernləşdirməyə tələsirlər.Azərbaycan yetkin yataqlardan

İran; Xəzərdən neft-qaz çıxara bilməyən yeganə qonşu Read More »

Qeyri-standart benzinin istehlakında yüksəliş və İran əyalətlərinin payı

İran Milli Neft Emalı və Neft Məhsullarının Paylanması Şirkətinin məxfi məlumatlarının təhlili göstərir ki, ölkədə benzin istehlakının artımı əsasən iki yol hesabına təmin edilib: oktan sayı 87 olan qeyri-standart benzinin ( İranda “adi benzin” kimi tanınan ) istehsalının artırılması və çirkləndirici petrokimyəvi qatqılardan getdikcə daha çox istifadə olunması. Bu şirkətin 2025-cü ilin Mart ayına aid

Qeyri-standart benzinin istehlakında yüksəliş və İran əyalətlərinin payı Read More »

İranın Çirkli Dirçəlişi — Bir Vilayətdə Mazut Yandırılması 540% Artıb

Ötən il ərzində İran şəhərlərində hava çirkliliyi gözlə görünəcək dərəcədə pisləşib. Lakin Tehran, Zəncan və Büşehr üzərində asılan tüstü sadəcə mövsümi duman deyil — bu, enerji siyasətində qəsdən edilən dəyişikliklərin nəticəsidir. İranın Neft Nazirliyindən sızdırılan və Iran Open Data tərəfindən araşdırılan gizli məlumatlara görə, elektrik stansiyalarında mazut istehlakı 2024 martından 2025 martınadək olan İran ilində

İranın Çirkli Dirçəlişi — Bir Vilayətdə Mazut Yandırılması 540% Artıb Read More »

Iranda kirli hava böhranı

2025-ci ilin 26 sentyabrında İsveçrənin hava keyfiyyəti texnologiyaları şirkəti IQAir Tehranı dünyanın ən çirkli şəhəri elan etdi. Bir gün sonra isə İran paytaxtı—bir neçə böyük şəhərlə birlikdə—ilin ən çirkli günlərini yaşadı. Tehranın bəzi bölgələrində hava keyfiyyəti indeksləri “çox zərərli” həddini keçdi; Məşhəd, İsfahan, Urmiya, Təbriz, Qum və Xuzistanın bir neçə şəhəri də qırmızı və narıncı

Iranda kirli hava böhranı Read More »

İran daxili böhrana rəğmən Türkiyəyə qaz axınını artırır

İranın artan daxili qaz çatışmazlığına və yüksək dərəcədə çirkləndirici mazutdan geniş istifadə edilməsinə baxmayaraq, rəsmi Türkiyə enerji statistikasına görə, ölkənin Türkiyəyə qaz tədarükləri artmaqda davam edir. Türkiyə Enerji Nazirliyinə bağlı Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK/EMRA) yeni açıqladığı məlumatlara əsasən, İran 2025-ci ilin ilk doqquz ayında Türkiyəyə 5,5 milyard kubmetrdən çox qaz ixrac edib — bu,

İran daxili böhrana rəğmən Türkiyəyə qaz axınını artırır Read More »

Suriyanın dövlət büdcəsinin gəlirləri 2011-ci ildən kəskin düşüb

Suriya iqtisadiyyatının dirçəlişi: Ümid və qorxu

Suriya iqtisadiyyatının dirçəldilməsi ilə bağlı ehtiyatlı nikbinlik fonunda ölkə bu ay özünün yenidən qurulmasına dəstək məsələlərini müzakirə etmək üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iki nümayəndə heyətini qəbul edib. Bəşər Əsədin devrilməsinin birinci ildönümü ərəfəsində, yeni prezident Əhməd əl-Şəraa dövründə Suriya iqtisadi göstəriciləri yaxşılaşma əlamətləri göstərir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun mövqeyini təkrarlayaraq bildirir:

Suriya iqtisadiyyatının dirçəlişi: Ümid və qorxu Read More »