Çinin ərəb ölkələri ilə ticarəti bərpa olunur, İranla ticarət isə kəskin azalır

Çinin gömrük məlumatlarına əsasən, ərəb körfəzi ölkələrinin bu ölkəyə neft ixracı oktyabr ayında ötən ilin eyni dövrünün səviyyəsinə demək olar ki, qayıdıb. Bu, İranın Çinə neft satışının dayandığı bir vaxta təsadüf edir. Hətta Səudiyyə Ərəbistanı və Qətərin Çinə neft ixracı ötən ilin oktyabr ayındakı göstəriciləri də üstələyib.

Lakin Çinin gömrük statistikasında diqqət çəkən əsas məqam Malayziyadan neft idxalının 84 faiz azalmasıdır.

Son illərdə İran neftinin beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə mənşəyinin dəyişdirilərək Çin bazarına Malayziya nefti adı altında çıxarılması barədə çoxsaylı məlumatlar yayılıb. Enerji məlumatları üzrə ixtisaslaşmış Kpler şirkəti də daha əvvəl Çinin Malayziya mənşəli kimi qeydə alınan neft idxalının əhəmiyyətli hissəsinin əslində İran nefti olduğunu təsdiqləyib.

Kpler-in məlumatlarına görə, Çin ötən ilin oktyabrında gündəlik orta hesabla 1 milyon 153 min barel İran nefti qəbul edib. Bu həcmin böyük hissəsi Malayziya mənşəli neft adı altında Çin neft emalı zavodlarına çatdırılıb.

Məlumatlara əsasən, İran neftinin mənşəyinin dəyişdirilərək bu kanalla satılması üçün hər barelə təxminən 10-11 dollar güzəşt edilib.

Çinin gömrük məlumatları göstərir ki, ölkə ötən ilin oktyabrında Malayziya mənşəli kimi bəyan edilən gündəlik orta hesabla 1 milyon 113 min barel neft idxal edib. Lakin bu göstərici cari ilin oktyabrında 84 faiz azalaraq cəmi 182 min barelə düşüb.

Bu ilin ilk on ayında Çinin Malayziyadan orta gündəlik neft idxalı da 53 faiz azalıb. Bu geriləmə, demək olar ki, eyni dövrdə İranın Çinə neft satışındakı azalmaya bərabərdir.

Malayziya mənşəli kimi bəyan edilən neft idxalının kəskin azalması və İran neftinin tədarükünün dayanması Malayziyanın İran neftinin Çinə çatdırılması üçün nə dərəcədə tranzit və mənşə dəyişdirmə mərkəzi kimi istifadə edildiyi barədə suallar yaradır.

Çin-İran ticarətində kəskin geriləmə

Çinin gömrük məlumatları göstərir ki, ABŞ-ın dəniz blokadasını tətbiq etməsindən sonra iki ölkə arasında qeyri-neft ticarəti ardıcıl olaraq azalıb.

Oktyabr ayında Çin-İran qeyri-neft ticarətinin həcmi avqust ayındakı səviyyənin təxminən yarısına, müharibədən əvvəlki göstəricinin isə cəmi dörddə birinə düşüb.

İran ötən ay Çinə cəmi 26,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. Bunun əvəzində Çindən 197 milyon dollar dəyərində mal idxal edib.

Bu rəqəmlər iki ölkə arasındakı iqtisadi əlaqələrin zəifləməsinin təkcə neft ixracı ilə məhdudlaşmadığını, qeyri-neft ticarətinə də ciddi təsir göstərdiyini ortaya qoyur.

Çinin ərəb ölkələrindən neft idxalı bərpa olunur

Çinin gömrük statistikasına əsasən, bu ölkənin regionun ərəb dövlətlərindən ümumi neft idxalı oktyabr ayında gündəlik 4 milyon 280 min barelə çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə cəmi 2 faiz azdır.

Səudiyyə Ərəbistanı və Qətərin Çinə neft ixracı ötən ay 2025-ci ilin oktyabr göstəricilərini belə üstələyib. İraqın Çin bazarına neft ixracı da tam bərpa olunub.

Çinin regiondakı ərəb ölkələrindən xam neft idxalı, oktyabr 2026 və oktyabr 2025Gündə milyon barrel. Ümumi dəyişiklik: 2,4% azalmaÇinin regiondakı ərəb ölkələrindən xam neft idxalı, oktyabr 2026 və oktyabr 2025Gündə milyon barrel. Ümumi dəyişiklik: 2,4% azalmaOktyabr 2025Oktyabr 2026012345Səudiyyə Ərəbistanı1,641,82İraq1,151,14BƏƏ0,920,83Oman0,550,32Qətər0,110,17Cəmi (5 ölkə)4,384,28Mənbə: Çin Gömrük statistikası | Xəzər Enerji Məlumat Mərkəzi

Çin oktyabr ayında Rusiyadan neft idxalını da 10 faiz artıraraq gündəlik 2 milyon 396 min barelə çatdırıb.

Oktyabr ayında Rusiyа, Səudiyyə Ərəbistanı və İraq Çinin ən böyük neft təchizatçıları olub.

Bununla belə, Çinin ümumi neft idxalı ötən ay gündəlik 9 milyon 750 min barel təşkil edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 13,4 faiz azdır.

Son aylarda Çin nisbətən baha neft alışını azaltmağa və neft emalı zavodlarının tələbatının bir hissəsini strateji ehtiyatlar hesabına ödəməyə üstünlük verib. Bu siyasət enerji təchizatındakı fasilələr və yüksək qiymətlər fonunda həyata keçirilir.

Çinlə ərəb ölkələri arasında ticarət canlanır

Eyni zamanda, Çinlə regionun ərəb ölkələri arasında ümumi ticarət də Yaxın Şərqdə müharibənin ilk aylarında müharibədən əvvəlki səviyyənin yarısından aşağı düşdükdən sonra son aylarda əhəmiyyətli dərəcədə bərpa olunub.

Cari ilin oktyabrında Çinlə ərəb ölkələri arasında ikitərəfli ticarətin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 17 faiz artaraq 32,2 milyard dollara çatıb.

Çinin regiondakı ərəb ölkələri və İranla xarici ticarəti, milyard dollarOktyabr ayı və yanvar–oktyabr, 2025 və 2026. İran: sanksiyasız ticarət (neft və sanksiyalı məhsullar istisna olmaqla)Çinin regiondakı ərəb ölkələri və İranla xarici ticarəti, milyard dollarOktyabr ayı və yanvar–oktyabr, 2025 və 2026. İran: sanksiyasız ticarət (neft və sanksiyalı məhsullar istisna olmaqla)Oktyabr 2025Oktyabr 2026Yan–Okt 2025Yan–Okt 2026020406080100Səudiyyə Ərəbistanı8,711,989,583,5BƏƏ9,09,186,068,0İraq3,85,243,025,0Oman2,52,526,524,4Qətər1,61,619,911,8Küveyt1,91,815,110,9Bəhreyn0,20,21,41,4İran3,50,78,20,27 ərəb ölkəsi ilə ümumi ticarət, oktyabr (milyard $)2025-ci ilin oktyabrına nisbətən +17%202428323627,6Oktyabr 202532,3Oktyabr 2026Mənbə: Çin Gömrük statistikası | Xəzər Enerji Məlumat Mərkəzi

Bununla belə, cari ilin ilk on ayında tərəflər arasında ümumi ticarət təxminən 225 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə hələ də 20 faiz azdır.

Oktyabr ayında ticarətin bərpası göstərir ki, enerji ixracı və dəniz nəqliyyatı marşrutlarında yaranan problemlərə baxmayaraq, Çinin regionun ərəb iqtisadiyyatları ilə ticarət əlaqələri müharibənin ilk aylarında gözləniləndən daha dayanıqlı olub.

Qaynaq: VOA Farsi, Xəzər Enerji Bilgi Mərkəzi

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir